İyulun 16-dan 18-dək potensial tərəfdaşlarla danışıqlar aparmaq məqsədilə Çelyabinsk şirkətlərinin Azərbaycana işgüzar səfəri təşkil olunub.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin məlumatına görə, şirkətlərin işgüzar səfəri Çelyabinsk vilayəti sahibkarlarının Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapova və Rusiya səfirliyinin müşaviri Nikolay Ravkinə öz müəssisələrinin təqdimatı ilə başlayıb.
İşgüzar səfər zamanı 40-dan çox görüş keçirilib. Səfər çərçivəsində “Azərbaycan bazarında təşviqat və işin xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirilib. Çelyabinsk vilayəti şirkətlərinin növbəti işgüzar səfəri avqustun 6-dan 8-dək baş tutacaq.