Bu ilin iyun ayında Azərbaycanda əhalinin əmanətləri 14 180,7 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisini 11,2 faiz və ya 1 431,9 milyon manat üstələyir.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, cari ilin may ayına nisbətdə isə iyunda əmanətlərin həcmində 3,7 faiz və ya 502 milyon manat artım qeydə alınıb.
Xatırladaq ki, 2024-ci ilin yanvar ayının 1-nə ölkədə əmanətlərin həcmi 12 947,8 milyon manat təşkil edib.