Avqustun 6-7-də Özbəkistan sahibkarlarının Azərbaycana ixrac missiyası təşkil olunacaq.
Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) məlumat verilib.
Sərgi formatında təşkil olunacaq tədbir çərçivəsində Azərbaycan və Özbəkistan iş adamları arasında B2B formatda görüşlər keçiriləcək.
Avqust ayının sonunda isə Özbəkistanda iki ölkənin biznes dairələrinin iştirakı ilə biznes forumun təşkili nəzərdə tutulur.