Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsinin mütəxəssislərinə sertifikatlar təqdim edilib

2019.07.19 12:42 (UTC+04:00)

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən maliyyə hesabatlılığının düzgün aparılması sahəsində təsərrüfat subyektərinə dəstək göstərilməsi məqsədilə iyulun 15-19-da "Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi mövzusunda" təlim keçirilib. Təlimi keçmiş mütəxəssislərə sertifikatlar təqdim olunub. Təlimin keçirilməsində məqsəd demokratik cəmiyyətin mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi və yeni hesabatvermə formalarının tətbiqindən ibarətdir.

Təlimdə bir çox qurumları təmsil edən 42 mütəxəssis iştirak edib.