Tikinti materiallarının istehsalında 36 faizədək artım var

2024.07.23 10:16 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədə 642,7 milyon manatlıq tikinti materialları istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 35,7 faiz artıb. Dövr ərzində sement və betondan kərpiclər və oxşar məmulatların istehsalı 3,1 dəfə, beton istehsalı 32,2 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 16,8 faiz, sement istehsalı isə 13,3 faiz artıb.

Tikinti materiallarının növlər üzrə istehsalı:

Tikinti şüşəsi – 5 013,7 min kvadratmetr (+11,5 faiz)

Tikinti kərpicləri – 302,3 min kubmetr (+11,6 faiz)

Sement klinkerləri – 1 924,4 min ton (+5,6 faiz)

Sement – 1 996,9 min ton (+13,3 faiz)

Əhəng – 16 min ton (-46,3 faiz)

Gips məmulatlar – 61,2 min ton (+9,3 faiz)

Sement və betondan kərpiclər və oxşar məmulatlar 77,2 min ton (+3,1 dəfə)

Betondan yığma tikinti konstruksiyaları – 16 min kubmetr (+16,8 faiz)

Beton – 2 340,3 min ton (+32,2 faiz)

Asfalt – 40 min ton (+44,9 faiz)