Vergi orqanına müraciətlər necə cavablandırılır?

2024.07.23 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicilərindən daxil olan müraciətlər (təklif, ərizə, şikayət və s.) üzrə vergi orqanı tərəfindən verilən cavablar elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisinin müraciəti əsasında cavab sənədinin kağız daşıyıcıda olan surəti ona verilir.

Odur ki, cavab sənədi ilə tanış olmaq üçün elektron kabinetinizə baxmağınız tövsiyə edilir. Cavab sənədinin kağız daşıyıcıda olan surətini əldə etmək üçün müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 70.2-4-cü maddəsi