Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

2024.07.22 16:38 (UTC+04:00)

“Qarabağ Aqro 44” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, müəssisədə sucuq istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.

İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.