Elnur Soltanov: “İqlim dəyişikliyi problemini neft ölkələrinə bağlamaq düzgün deyil”

2024.07.22 14:14 (UTC+04:00)

“Biz dünyanı itirməkdəyik. Hazırda 54 milyard kubmetr karbon qazından danışırıq. Səthin temperaturu 1.1 C dərəcə artıb. Alimlər qısamüddətli təbii hadisələr barədə bizi məlumatlandırırlar. İqlim dəyişikliyi problemini neft ölkələrinə bağlamaq düzgün deyil. Çünki dünya bu təbii sərvətlər hesabına meydana gəlib”.

Bu fikri 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil edilən “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimatda Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov söyləyib.

“Bir tərəfdən deyirik ki, qaz bizim dünyamızı məhv edəcək. Lakin ölkələri ayırd edirik, bu, düzgün deyil. Azərbaycan yalnız neft-qaz sahəsini inkişaf etdirmir, eyni zamanda, enerji təhlükəsizliyinə töhfə verir”, - deyə COP29-un baş icraçı direktoru vurğulayıb.

O deyib ki, mövcud iqlim sazişlərində ayrı-seçkilik görə bilərik. Məsələn, Paris sazişində yalnız 4 faiz tullantının Afrikadan olduğu bildirilir. Lakin ən çox əziyyət çəkən ölkələr məhz Afrika ölkələridir.

AZƏRTAC