Metallurgiya sənayesi məhsullarının istehsalında artım var

2024.07.22 12:30 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 656,7 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, metallurgiya sənayesi məhsullarının istehsalında 32 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 13,9 faiz artım müşahidə olunub.

Cari ilin ilk yarısında metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 3,6 dəfə, alüminium məmulatlarının istehsalı 64,9 faiz, armatur istehsalı 31,9 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 1,9 faiz artıb.