Dünya üzrə pambıq balansına əsasən, 2024/25-ci məhsul ilində pambıq istehsalının 2023/24-cü məhsul ili ilə müqayisədə 5,6 faiz artaraq 26,2 milyon ton olacağı proqnozlaşdırılır.
Bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd təsərrüfatı və ərzaq məhsulları üzrə dünya bazarı konyunkturasına dair qısa icmalı”nda bildirilir.
Qeyd olunur ki, pambığın dünya bazar qiymətində son bir il ərzində qeyri-müəyyənlik müşahidə edilir. İyun ayında pambığın 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 3,8 faiz azalaraq 1,8 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Xatırladaq ki, 2024-cü il iyul ayının 1-nə Azərbaycanda 103,1 min hektar sahədə pambıq əkilib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 9,4 faiz çoxdur. Bu ilin ilk 6 ayında ölkədən 131,8 milyon dollar dəyərində pambıq ixrac olunub ki, bu da bir il öncəki göstəricini 46,6 faiz üstələyir.