İlk yarımildə 148 milyon manat dəyərində mebel istehsal edilib

2024.07.19 10:49 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədə 148 milyon manat dəyərində mebel istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, bir il öncəki göstəricini 20,5 faiz və ya 25,2 milyon manat üstələyir.

Cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal dəyərində 25,3 faiz və ya 7,1 milyon manat artım qeydə alınıb. İyun ayında 35,1 milyon manat dəyərində mebel istehsal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 6 ayında ölkəyə 67,1 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 2,3 faiz və ya 1,48 milyon dollar çoxdur.

Qeyd edək ki, cari ilin ilk yarımilində bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,76 faizə bərabər olub.