Aqrar layihələr üzrə güzəştli kredit ayrılıb

2024.07.19 09:45 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən çay və lavanda plantasiyasının genişləndirilməsi və damcı suvarma sisteminin quraşdırılması layihəsi üzrə 30 min manat güzəştli kredit ayrılıb.

Fondun məlumatına görə, güzəştli kredit sahibkar Araz Yağubova verilib. Layihənin maliyyələşdirilməsi “Bank Respublika” ASC vasitəsilə həyata keçirilib.