TDT ölkələrində vahid brend altında istehsalın yaradılması ilə bağlı müzakirələr aparılıb

2024.07.18 17:55 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə vahid brend altında istehsalın yaradılması ilə bağlı müzakirələr aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qeyd olunan məsələyə Qubada keçirilən təşkilata üzv və müşahidəçi dövlətlərin “OTS Made” (TDT İstehsal) brendinin yaradılması ilə bağlı iclasında toxunulub.

Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Şimali Kipr Türk Respublikasının rəsmilərinin, eləcə də ölkədə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin vahid brend altında istehsalı ilə bağlı təqdimatları dinlənilib.

Tədbir iştirakçıları kənd təsərrüfatı və emalı məhsullarının birgə istehsalı məqsədilə ilkin mərhələdə Yol Xəritəsi layihəsinin hazırlanması barədə razılığa gəliblər.