Azərbaycan İtaliya ilə tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir

2024.07.18 16:19 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya işgüzar səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı, ərzaq suverenliyi və meşə təsərrüfatı naziri Françesko Lollobrigida ilə dayanıqlı iqtisadi artım, resurslardan səmərəli istifadə və ərzaq təhlükəsizliyinin təminatı üzrə hədəfləri müzakirə edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat paylaşıb. O əlavə edib ki, tərəflər bu istiqamətdə tərəfdaşlığı inkişaf etdirmək və mövcud potensialı reallığa çevirmək niyyətindədir.