"İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini ilə görüş zamanı energetika sahəsində əməkdaşlığın pozitiv nəticələrini qeyd etdik".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.
"COP29-un prioritetləri, qlobal miqyasda faydaları və potensial tərəfdaşlıq barədə fikirlərimizi bölüşdük", - nazir əlavə edib.