Sement istehsalı 13 faizdən çox artıb

2024.07.18 12:39 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədə 1 996,9 min ton sement istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 13,3 faiz və ya 234,7 min çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, təkcə cari ilin iyun ayında 364,6 min ton sement istehsal olunub ki, bu da may ayının göstəricisini 2,2 faiz və ya 8 min ton üstələyir. İyul ayının 1-nə hazır məhsul ehtiyatı 85,2 min ton təşkil edib.