Lizinqlə əldə edilmiş nəqliyyat vasitəsinin digər müəssisəyə təqdim edilməsi

2024.07.18 10:08 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 140-cı maddəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan bu müqavilə üzrə hüquq və öhdəliklərini digər şəxsə təqdim etdiyi halda, lizinq verənlə yeni alıcı arasında yaranmış münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir.

Buna əsasən, lizinq şirkəti və tərəflər yenidən müqavilə bağlamaqla, lizinq alan maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərini digər şəxsə təqdim etdiyi halda, lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir.

Əsas: Vergi Məcəlləsinin 140.7-ci maddəsi