Güzəştli kreditlərin regionlar üzrə məbləğə görə bölgüsü açıqlanıb

2024.07.17 17:45 (UTC+04:00)

Bu ilin yanvar-iyun ayları ərzində verilən güzəştli kreditlərin regionlar üzrə məbləğə görə bölgüsündə 26,7 milyon manat Bakı şəhəri və Abşeron iqtisadi rayonunun, 76 milyon manat isə digər regionların payına düşüb. Bu barədə Sahibkarlığın İnkişafı Fondu məlumat yayıb.

Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayı ərzində sahibkarların 2744 layihəsinin maliyyələşdirilməsinə 102,7 milyon manat güzəştli kredit verilib. Kreditlər hesabına 1556 yeni iş yerinin yaradılması nəzərdə tutulur.