Bu günədək ölkə üzrə taxıl zəmilərinin 85 faizində biçin başa çatıb, sahələrdən 2 691 552 ton məhsul yığılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, arpa sahələrinin 95,8 faizində, buğda sahələrinin isə 77,2 faizində biçin tam yekunlaşıb.
Yığılan məhsulun 1 492 746 tonu buğda, 1 198 806 tonu isə arpadır. Buğda üzrə orta məhsuldarlıq 33 sentner, arpa üzrə məhsuldarlıq isə 29,4 sentner təşkil edir. Ümumilikdə taxıl üzrə orta məhsuldarlıq 31,3 sentnerə çatıb.