Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 18 hüquqi, 4 fiziki şəxs barəsində ümumilikdə 22 inzibati xəta haqqında protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.
Dövlət Xidmətinin məlumatına görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müşahidə olunan 27 faiz azalma Xidmət tərəfindən vətəndaş müraciətlərinin operativ emalı və istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin artırılmasına dəlalət edir.