İtaliya ilə birgə təşəbbüslərin dəstəklənməsi müzakirə olunub

2024.07.16 13:46 (UTC+04:00)

“İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Luka Di Canfrançeskoya fəaliyyətində uğurlar arzulayırıq. Cənab səfirlə görüşümüzdə birgə təşəbbüslərin dəstəklənməsinin önəmini qeyd etdik. Həmkarlarla birgə İtaliyaya səfərimiz çərçivəsində qarşılıqlı faydalı imkanların reallaşdırılması istiqamətində müzakirələrimizi davam etdirəcəyik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.