Naxçıvan sənayesi 4 faizədək böyüyüb

2024.07.16 16:16 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 255,5 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 3,9 faiz üstələyib.

Bu barədə “2024-cü ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı” hesabatında bildirilir.

Sənaye məhsulunun 229,9 milyon manatı və ya 89,6 faizi malların, 26,4 milyon manatı və ya 10,4 faizi isə xidmətlərin payına düşüb.