Bu ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 5 832,7 milyon manat olub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 4 380,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.
Hesabat dövründə ölkənin hər bir sakininə orta hesabla 572,4 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 47 manat çox müxtəlif növ ödənişli xidmətlər göstərilib.