Naxçıvanda ÜDM istehsalında 1,7 faiz artım var

2024.07.16 12:02 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı (ÜDM) 674,38 milyon manat olub ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,7 faiz çoxdur.

Bu barədə “2024-cü ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı” hesabatında bildirilir.

Cari ilin ilk yarımilliyində əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 1,1 faiz artaraq 1 437,6 manat təşkil edib.