Ölçmə vasitələri üzrə fəaliyyətə dair statistika açıqlanıb

2024.07.15 17:05 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu cari ilin yanvar-iyun ayları ərzində ölçmə vasitələri üzrə fəaliyyətinə dair statistikanı açıqlayıb.

İnstitutun məlumatına görə, hesabat dövründə 16.784 yoxlanılma şəhadətnaməsi, 412 kalibrləmə sertifikatı və 3.096 sınaq avadanlığına attestat verilib.