Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yolun açılışında iştirak ediblər

2018.12.26 13:15 (UTC+04:00)

Dekabrın 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoyublar. Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.