“Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays və həmkarları ilə Dünya Bankı Qrupunun Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması və ölkəmizin iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi apardıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.