“Qarabağ Yem Fabriki” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

2024.07.15 15:34 (UTC+04:00)

“Qarabağ Yem Fabriki” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Müəssisədə quşçuluq sahəsi üzrə yüksək keyfiyyətli yem istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 12,4 milyon manat olan müəssisədə 80 nəfər işlə təmin olunacaq.

İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.