Bu ilin yanvar-iyun aylarında İstilik Elektrik Stansiyaları üzrə 11 525 milyon kVt·st, su da daxil olmaqla bərpaolunan enerji mənbələrindən 950,7 milyon kVt·st artımla 2 032,4 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə Su Elektrik Stansiyaları üzrə 1581,1 milyon kVt·st, Külək Elektrik Stansiyaları üzrə 29,7 milyon kVt·st, Günəş Elektrik Stansiyaları üzrə 286,6 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTZ) üzrə isə 135 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Cari ilin ilk 6 ayında elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 15 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 7 faiz bəndi üstələyir.
Qeyd edək ki, hesabat dövründə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 13 557,4 milyon kVt·st, ixracı 444 milyon kVt·st, idxalı 96,4 milyon kVt·st olub.