Ağdam Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

2024.07.11 17:39 (UTC+04:00)

“Construction” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, yeni yaradılacaq müəssisədə yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 2,9 milyon manat olan müəssisədə 40 nəfər işlə təmin olunacaq.

İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.