“Dövlət başçısının Fərmanı ilə Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması biznes subyektləri üçün azad rəqabət mühitinin təkmilləşdirilməsinə, ictimai iştirakçılığa və istehlakçı hüquqlarının qorunmasına mühüm töhfə verəcək”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında yazıb.
Nazir onu da qeyd edib ki, ölkə iqtisadiyyatında innovasiyaların tətbiqi şəffaflaşmanı və rəqəmsallaşmanı artırmaqla dayanıqlı iqtisadi inkişafı stimullaşdırır.