Satınalma prosesinin şəffaflaşdırılması nəticəsində 742 milyon manat dövlət vəsaitinə qənaət edilib

2024.07.11 13:52 (UTC+04:00)

Keçən il satınalma prosesinin şəffaflaşdırılması və təkmilləşdirilməsi nəticəsində ölkəmiz 742 milyon manat dövlət vəsaitinə qənaət edib.

Bu barədə Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda deyib.

"Ümid edirəm ki, cari il satınalmalar prosesinin tamamilə rəqəmsallaşdırılması nəticəsində bu məbləğ daha da artacaq", - deyə M.Abbasbəyli qeyd edib.

AZƏRTAC