I Milli Rəqabət Forumu keçirilir

2024.07.11 10:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə I Milli Rəqabət Forumu keçirilir. Məqsədimiz dövlət-özəl tərəfdaşlığını təşviq etməklə biznes mühitinin səmərəli rəqabət prinsipləri əsasında fəaliyyətini müzakirə etmək və potensial imkanları dəyərləndirməkdir. Yeni əməkdaşlıqlar üçün faydalı fürsət olan forumun işinə uğurlar arzulayırıq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.