Rəqabət mədəniyyətinin yaradılması sistemli iş və bütün maraqlı tərəflərin fəal iştirakını tələb edir.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda deyib.
O bildirib ki, Milli Rəqabət Forumunun məqsədi bu il və növbəti illərdə günün ən mühüm yerli və qlobal çağırışlarının və səmimi dialoq platformasının yaradılmasından ibarətdir: “İqtisadiyyat baxımından rəqabət orqanının əsas məqsədlərindən biri qəbul olunmuş rəqabət qanunvericiliyinin tam mənimsənilməsidir. Rəqabətin əsas daşıyıcı qüvvəsi onun verəcəyi nəticədir ki, bu da dayanıqlı inkişafın təmin olunmasıdır. Forum ölkə daxilində geniş auditoriya ilə aktual problemləri müzakirə etmək üçün unikal imkan yaradır. Gələcəkdə bu forum ölkəmizdə rəqabət siyasətinin inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və təbii ki, davamlı iqtisadi inkişaf məsələlərinin müzakirəsi platformasına çevriləcək”.
AZƏRTAC