Bu ilin ilk 6 ayında 12,7 milyard kubmetr qaz ixrac edilib

2024.07.11 10:44 (UTC+04:00)

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın qaz ixracı 12,7 milyard kubmetr təşkil edib.

Bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, ixracın 51 faizi (6,4 milyard kubmetri) Avropanın, 39 faizi (5 milyard kubmetri) Türkiyənin, 10 faizi (1,3 milyard kubmetri) isə Gürcüstanın payına düşüb.

Hesabat dövründə TANAP Türkiyəni 2,8 milyard kubmetr qazla təchiz edib. Cari ilin ilk 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz artıb.

Bu ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 14,4 mln. ton, ixraca nəql edilən həcmlər isə 11,9 milyon ton olub.