Naxçıvan Muxtar Respublikasında 1 iyul 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 21,5 faiz artaraq 18.841 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 19,6 faiz artıb və 512 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,3 faiz artaraq 5.664-ə çatıb.