Azərbaycan-Özbəkistan iqtisadi işbirliyinin pozitiv nəticələri müzakirə olunub

2024.07.10 15:03 (UTC+04:00)

“Özbəkistanın investisiya, sənaye və ticarət naziri, həmkarım Ləziz Kudratovla Buxarada yenidən görüşmək xoş oldu. Müzakirələrimiz Azərbaycan-Özbəkistan iqtisadi işbirliyinin pozitiv nəticələrini və onun möhkəmləndirilməsilə bağlı növbəti addımları əhatə etdi”.

Bu barədə Özbəkistanda işgüzar səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.