Əsas kapitala yönəldilən investisiyaların həcmi açıqlanıb

2024.07.10 14:23 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 7 984,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox investisiya yönəldilib.

Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 4,5 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,6 faiz artıb.

İstifadə olunan investisiyanın 4373,2 milyon manatı və ya 54,8 faizi məhsul istehsalı sahələrinə, 2747,3 milyon manatı (34,4 faizi) xidmət sahələrinə, 864,3 milyon manatı (10,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən investisiyaların 6452,0 milyon manatını və ya 80,8 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilən investisiyaların 5513,4 milyon manatı və ya 69,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.