Füzuliyə köçürülən daha bir qrup şəxs üçün kiçik bizneslər yaradılıb

2024.07.10 16:04 (UTC+04:00)

Füzuli rayonuna köçürülən daha bir qrup şəxsə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, avadanlıqlar çatdırılma xidməti, avtoçilingər və poliqrafiya xidmətləri zərflərini əhatə edib.

Beləliklə, “Böyük Qayıdış proqramı” çərçivəsində doğma yurdlarına köçürülən sakinlərin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları yaradılan şəxslərin sayı 110-a çatıb.