Fintex maliyyə inkişafını, inklüzivliyi və səmərəliliyi gücləndirməklə, rəqəmsal iqtisadiyyatın çiçəklənməsi üçün tələb olunan maliyyə xidmətlərini təmin etməklə artımı və yoxsulluğun azaldılmasını dəstəkləyir. Bu faydaları əldə etmək üçün səlahiyyətli orqanlar maliyyə sektorunun rəqəmsal transformasiyasını davam etdirərək sabitlik, tamlıq, istehlakçıların müdafiəsi və rəqabət kimi əsas siyasət məqsədlərinin yerinə yetirilməsini təmin etməklə yanaşı, bu imkanlardan istifadə üçün tənzimləyici və nəzarətedici yanaşmalar formalaşdırmalıdırlar.
Ümumiyyətlə, fintex maliyyəsinin həcmi qlobal miqyasda əhəmiyyətli dərəcədə artıb. Fintex üzrə rəqəmsal ödənişlərin ümumi dəyəri 2017-ci ildə 3,57 trilyon ABŞ dollarından 2023-cü ildə 10,09 trilyon dollara, neobankçılığın ümumi dəyəri isə 2017-ci ildə 0,23 trilyon dollardan 2023-cü ildə 4,96 trilyon dollara yüksəlib. Bundan əlavə, fintex platformalarına qoyulan investisiyaların həcmi 2012-ci ildəki 4 milyard dollardan 2023-cü ildə 113 milyard dollara yüksəlib.
Fintex maliyyəsinin həcmi qlobal miqyasda əhəmiyyətli dərəcədə artıb.
Fintex üzrə rəqəmsal ödənişlərin ümumi dəyəri 2017-ci ildə 3,57 trilyon
ABŞ dollarından 2023-cü ildə 10,09 trilyon dollara, neobankçılığın
ümumi dəyəri isə 2017-ci ildə 0,23 trilyon dollardan
2023-cü ildə 4,96 trilyon dollara yüksəlib
Tədqiq edilən ölkələrdə fintex sektorunun müqayisəli təhlili
Dünya ölkələri arasında fintexin inkişaf səviyyəsi Qlobal Fintex İndeksi əsasında ölçülür. Qeyd edək ki, Azərbaycanda fintexləri tənzimləyəcək “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun bu yaxınlarda qəbul edildiyi üçün ölkəmiz 2021-ci ildə həmin reytinqə daxil edilməyib. Tədqiqata daxil edilən dövlətlər arasında, - ən kiçik ölkə olmasına baxmayaraq, - Litva fintexlərin inkişaf səviyyəsinə görə xeyli irəlidə - 10-cu yerdədir (Türkiyə 40-cı, Gürcüstan 63-cü).
Cədvəl 1. Qlobal Fintex Reytinqi (Findexable The Global Fintech Index 2021)
Reytinq |
Ölkə |
1 |
ABŞ |
2 |
Birləşmiş Krallıq |
3 |
İsrail |
4 |
Sinqapur |
5 |
İsveçrə |
10 |
Litva |
40 |
Türkiyə |
63 |
Gürcüstan |
|
|
Son 8 ildə fintex təşkilatlarının sayında ən böyük artım Litva və Türkiyədə müşahidə olunub (Şəkil 1).
Fintex sektorunun maraqlı göstəricilərindən biri də bu sahədə çalışan işçilərin sayıdır. Bu göstəriciyə görə Litva liderdir, fintex sektorunda çalışan işçilər bank sistemində çalışan işçilərin 53%-nə bərabərdir. Türkiyədə onların sayı ilə bağlı statistik məlumat əldə etmək mümkün olmadığı üçün Türkiyə Cədvəl 2-yə daxil edilməyib. Azərbaycan və Gürcüstanda bu göstərici demək olar ki, oxşardır.
Cədvəl 2. Fintex təşkilatlarında çalışan işçilərin sayı
Ölkə |
Fintex təşkilatlarında çalışan işçilərin sayı |
Banklarda işçilərin sayı |
Faizlə çəkisi |
Azərbaycan |
3000 |
23569 |
13% |
Litva |
6000 |
11411 |
53% |
Gürcastan |
2805 |
27695 |
10% |
Cədvəl 3-dən göründüyü kimi, fintex sektorunda ən aktiv sahə ödənişlərdir. Bu göstərici üzrə Azərbaycan həmin ölkələr arasında birinci yerdədir. Bu o deməkdir ki, Azərbaycanda bu sektorda əsas inkişaf ödənişlər üzrə baş verib. Lakin 3 ölkədə ödənişlərdən başqa, digər sahələr də inkişaf etdirilib və bu sahələr arasında demək olar ki, bərabər bölgü mövcuddur. Bu diversifikasiya daha çox Gürcüstanda müşahidə olunur.
Cədvəl 3. Ölkələr üzrə fintexlərin göstərdiyi fəaliyyət növləri
Əsas fəaliyyət növləri |
Azərbaycan |
Türkiyə |
Litva |
Gürcüstan |
Ödənişlər |
60% |
43% |
37% |
24% |
Rəqəmsal bankçılıq |
5% |
14% |
8% |
14% |
Rəqəmsal valyuta |
2% |
14% |
24% |
24% |
Crowdfunding |
2% |
3% |
18% |
10% |
Maliyyə |
5% |
16% |
7% |
10% |
Sığorta |
2% |
9% |
4% |
19% |
Digərləri |
23% |
4% |
2% |
0% |
Fintex təşkilatlarının ən çox fəaliyyət göstərdiyi ödənişlər sektorunda mühüm göstəricilərdən biri bu sahədə lisenziya almış ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının sayıdır. Bir daha qeyd edək ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun 2023-cü ildə qəbul edilib və Azərbaycanda bu təşkilatlar üzrə lisenziyalaşdırılma prosesinə 2024-cü ildən başlanılıb. Ona görə də Cədvəl 4-ə Azərbaycanla bağlı statistik göstərici daxil edilməyib. Bununla belə, ölkəmizdə tənzimləmə olmadan fəaliyyət göstərən 30-a yaxın ödəniş təşkilatı və elektron pul təşkilatı fəaliyyət göstərir. Litva bu göstəricidə də birinci yerdədir. Əsas məqamlardan biri odur ki, elektron pul təşkilatlarının sayı ödəniş təşkilatlarının sayından çoxdur. Bunun səbəbi elektron pul təşkilatları tərəfindən daha çox ödəniş xidmətlərinin həyata keçirilə bilməsidir. Çox güman ki, Azərbaycanda lisenziya əldə edəcək elektron pul təşkilatlarının sayı ödəniş təşkilatlarının sayından çox olacaq. Buna səbəb son vaxtlar qəbul edilmiş qanuna əsasən ödəniş təşkilatlarının hüquqi şəxslərə ödəniş hesabı aça və hesabda pul saxlaya bilməməsidir. Buna görə də əksər təşkilatlar elektron pul təşkilatı kimi lisenziya almağa çalışacaqlar.
Cədvəl 4. Tədqiq edilən ölkələrdə bank olmayan ödəniş xidməti təchizatçılarının sayı
Ölkə |
Lisenziya almış elektron pul təşkilatlarının sayı |
Lisenziya almış ödəniş təşkilatlarının sayı |
Turkiyə |
57 |
26 |
Litva |
87 |
54 |
Gürcüstan |
18 |
14 |
Fintex təşkilatlarının banklar tərəfindən həyata keçirilən bir sıra bank məhsulları və xidmətlərinə təsiri Şəkil 2-də göstərilib. Göründüyü kimi, pul kisələri və mobil ödənişlər, kartlar və digər ənənəvi ödənişlər fintex təşkilatlarının ən çox təsir etdiyi bank məhsulları və xidmətləridir. Əslində, demək olar ki, bütün ölkələrdə fintex təşkilatlarının ən çox məşğul olduğu sahə ödənişlərdir.
Şəkil 2. 2018-ci ildə dünya üzrə bank rəhbərlərinin fikrincə, fintex təşkilatlarının bank məhsulları və xidmətlərinə təsiri
Fintexlərin Azərbaycanda bank sisteminə təsirini müəyyən etməyin yollarından biri fintex təşkilatlarının sayı ilə maliyyə təşkilatlarının sayı arasında korrelyasiya əmsalının hesablanmasıdır. Cədvəl 5-ə əsasən, fintex təşkilatları ilə Azərbaycandakı bankların sayı arasında güclü neqativ korrelyasiya əlaqəsi (-0,95) mövcuddur. Bu o deməkdir ki, bu təşkilatların sayı artdıqca bankların sayı azalır və ya əksinə, bankların sayı azaldıqca fintex təşkilatlarının sayı artır, yəni fintexlər onları əvəz etməyə başlayır. Təkcə bankların sayı deyil, həm də bank filiallarının, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının sayı ilə fintex təşkilatlarının sayı arasında neqativ korrelyasiya əlaqəsi var. Yalnız bankomatların sayı ilə pozitiv korrelyasiya əlaqəsi var ki, bu da son illər Azərbaycanda bankomatların sayının tədricən artması ilə bağlıdır. Buna səbəb rayonlarda əhalinin sosial müavinət və əmək haqlarının böyük hissəsinin bankomat vasitəsilə nağd şəkildə çıxarmasıdır.
Cədvəl 5. Azərbaycanda fintex təşkilatlarının sayı ilə bank dəyişənləri arasında korrelyasiya matrisi
|
Fintex təşkilatlarının sayı |
Bankların sayı |
Bank filiallarının sayı |
Bank olmayan kredit təşkilatlarının sayı |
Kredit ittifaqlarının sayı |
Bankomatların sayı |
Fintex təşkilatlarının sayı |
1 |
|||||
Bankların sayı |
-0.95 |
1 |
||||
Bank filiallarının sayı |
-0.74 |
0.86 |
1 |
|||
Bank olmayan kredit təşkilatlarının sayı |
-0.40 |
0.45 |
0.78 |
1 |
||
Kredit ittifaqlarının sayı |
-0.78 |
0.80 |
0.91 |
0.88 |
1 |
|
Bankomatların sayı |
0.86 |
-0.77 |
-0.36 |
0.04 |
-0.41 |
1 |
Ardı var...