Bir il ərzində “Abşeron” qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə 1,5 milyard kubmetrdən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib.
Bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında yazıb.
“Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir”, - nazir qeyd edib.