Bu ilin yanvar-may ayları ərzində ölkədən 11,8 milyon ABŞ dolları dəyərində 1,7 min tona yaxın mis vә misdən hazırlanan məmulatlar ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 9,9% və ya 1 milyon dollar, həcm baxımından isə 4,7% və ya 79,9 ton çoxdur.
Cari ilin ilk 5 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 1,09 faizə bərabər olub ki, bu da ötən ili göstəricisini 0,28 faiz bəndi üstələyir.