2017-ci ildə “Çovdar” qızıl yatağında hasilat işlərinə başlayan “AzerGold” QSC istismar işləri ilə paralel ətraf ərazilərdə - Daşkəsən və Göygöl rayonlarında əlavə kəşfiyyat işləri icra edib.
QSC-nin məlumatına görə, kəşf və tədqiq edilən yeni yataqların hesabına satılabilən qızıl ehtiyatı 179 min unsiyadan 778 min unsiyaya çatdırılıb. Bununla da “Çovdar” və cinahlardakı yataqlar üzrə ümumi satılabilən qızıl ehtiyatı bazasının 4 dəfədən çox artırılmasına nail olunub.
"AzerGold"un fəaliyyətinin ötən 8 ili qızıl layihələri üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığın tam aradan qaldırılması, ilk illərdən mənfəətli fəaliyyət və digər səmərəli iqtisadi töhfələrlə müşayiət olunub.
Bu illər ərzində müstəqil büdcə ilə qızıl mədənlərini uğurla istismara verən, illik 1 milyard manat dövriyyəsi olan dağ-mədən şirkəti olmaq yolunda inamla addımlayan Səhmdar Cəmiyyət dövlətə vergi formasında 153,773,857 manat vəsait ödəyib.