Qızıl və gümüşün satışından 1,2 milyard manatdan çox vəsait cəlb edilib

2024.07.09 17:10 (UTC+04:00)

Ötən 8 il ərzində “AzerGold” QSC qeyri-neft-qaz sektoru üzrə ixracatçı dövlət subyektləri sırasında ön pillələrdə qərarlaşıb.

QSC-nin məlumatına görə, bu dövrdə Səhmdar Cəmiyyət tərəfindən 441,326 unsiya qızıl, 919,244 unsiya gümüş hasil edilib, 437,730 unsiya qızılın, 889,709 unsiya qızıl və gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib.