Bu ilin 19-20 noyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən MDB Parlamentlərarası Assambleyasının qərargahında "Moda birliyi" III Beynəlxalq Forum keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunurlar.
Forumda MDB ölkələrinin sənaye müəssisələrinin və moda biznesinin, peşəkar assosiasiyaların, müvafiq nazirlik və idarələrin, eləcə də təhsil müəssisələrinin nümayəndələri iştirak edəcək.
Tədbir milli brendlərin təbliğinə, qanunvericilik səviyyəsində və praktikada mövcud problemlərin həlli yollarının tapılmasına yönəlib.