Pambıq lifinin qeyri-neft məhsullarının ixracındakı çəkisi artıb

2024.07.09 16:06 (UTC+04:00)

Bu ilin yanvar-may ayları ərzində ölkədən 100,2 milyon ABŞ dolları dəyərində 66 min tondan çox pambıq lifi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində təqribən 2 dəfə və ya 49,8 milyon dollar, həcm baxımından isə 2,4 dəfə və ya 38,8 min ton çoxdur.

Cari ilin ilk 5 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,9 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 7,95 faizə bərabər olub ki, bu da ötən ili göstəricilərini müvafiq olaraq 0,59 və 4,51 faiz bəndi üstələyir.