“Azərbaycanın energetika naziri, həmkarım Pərviz Şahbazovla birlikdə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl-Səud ilə videokonfrans formatında keçirdiyimiz görüşdə energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi, yaşıl enerjiyə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyəti nəzərdən keçirdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdə paylaşım edib.