Azərbaycan ilə Türkiyə arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi təsdiq edilib

2024.07.08 12:16 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib.

Fərmana əsasən, Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.