Polis Akademiyasının yeni tədris binasının açılışı olub

2018.12.25 13:10 (UTC+04:00)

Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyan dövlətimizin başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub, xidməti istifadə üçün alınmış yeni avtomobillərə baxıb.