ARDNF-nin 2023-cü il büdcəsinin icrası təsdiq edilib

2024.07.08 11:44 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası haqqında” Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəylərini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq qərara alınıb ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası, gəlirlər 21 661 900,4 min manat, xərclər 11 832 650,1 min manat və ya Fondun 2023-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 132,6 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olmaqla, təsdiq edilib.